
Latviya yığmasından millimizlə oyun öncəsi heç-heçə
- 26 Mar 2022 13:27
- 591
Dünyanın yaşıl meydanlarında yığma komandalar arasında növbəti yoxlama oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin səfərdə Maltaya 0:1 hesabıyla uduzduğu gündə qonşu Gürcüstan yığması Bosniya və Herseqovina üzərində qələbəyə seinib.
Martın 29-da millimizlə yoxlama oyununda üz-üzə gələcək Latviya yığması isə Küveytlə heç-heçə oynayıb.
Yoxlama oyunu
25 mart
Uqanda – Tacikistan 2:1
Latviya – Küveyt 1:1
Zambiya – Konqo 3:1
Komor adaları – Efiopiya 2:1
Özbəkistan – Qırğızıstan 3:1
Lixtenşteyn – Kabo Verde 0:6
Norveç – Slovakiya 2:0
CAR – Qvineya 0:0
Rumıniya – Yunanıstan 0:1
Lüksemburq – Şimali İrlandiya 1:3
Andorra - Sent-Kits və Nevis 1:0
Bosniya və Herseqovina – Gürcüstan 0:1
San Marino – Litva 1:2
Fransa – Fil Dişi Sahili 2:1
Trinidad Tobaqo – Barbados 9:0