Martın 29-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya Malta toplanışında ilk matçına çıxıb.

Rekord.az xəbər verir ki, Baltikyanı ölkə təmsilçisi Küveytlə yoldaşlıq oyununda üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 13-cü dəqiqədə Ahmad Al Defiri asiyalıları hesabda önə çıxarıb.

Millimizin rəqibi yalnız ikinci hissədə məğlubiyyətdən qaçıb. Roberts Savalnieks 59-cu dəqiqədə fərqlənib.

"Tipik mövsümöncəsi yoxlama oyunu idi. Belə matçlarda istək və emosiyalar məzmundan çox olur”.

Bunu Latviya millisinin baş məşqçisi Daynis Kazakeviçs deyib. Martın 29-da Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Baltikyanı ölkə təmsilçisinin çalışdırıcısı Küveytlə bugünkü sınağı dəyərləndirib.

Azərbaycan – Latviya oyunu Ta Qalidəki Milli stadionda keçiriləcək. O, Maltada davam edən toplanışdakı iki matçdan faydalanmalı olduqlarını qeyd edib: “Bu görüş bizim üçün faydalı oldu. Nəticəyə görə üzgünük. Daha yaxşı oynayırdıq. Əsas hədəfimiz iyundakı rəsmi matçlara daha yaxşı hazırlaşmaqdır. Həm Küveyt, həm Azərbaycanla oyunun əsas məqsədi budur. Rəqib iki qol imkanından birindən yararlandı. Bizdə daha çox epizod oldu”.