Latviya millisi Azərbaycan ilə yoldaşlıq görüşünə itkilərlə çıxacaq.

Rekord.az xəbər verir ki, bu barədə rəqib komandanın baş məşqçisi Daynis Kazakeviç danışıb.

41 yaşlı mütəxəssis bildirib ki, hazırda Finlandiya "Laxti"sində çıxış edən Eduard Emsis hazırlıqdan kənarda qalıb. Onun sözlərinə görə, 26 yaşlı dayaq yarımmüdafiəçisi matça hazır deyil.

Baş məşqçinin sözlərinə görə, daha bir neçə futbolçunun səhhətləri ilə əlaqədar problemləri var:

"Bəzi oyunçular hərtərəfli tibbi müayinədən keçəcəklər. Zədəli futbolçular və potensial start heyət sarıdan çətinliklər yaşayırıq. Lakin mən matçın hazırlığına köklənmişəm".

Martın 29-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Azərbaycan - Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.