“Latsio”nun futbolçusu Raul Moro qarət edilib və döyülüb. 

Rekord.az xəbər verir ki, hadisə 2 gün öncə baş verib. 

Atası ilə Romaya yollanan yarımmüdafiəçini 4 naməlum şəxs saxlayıb. Hücum edənlər özlərini polis zabiti kimi təqdim edərək futbolçunu və atasını maşından düşməyə məcbur ediblər. Sonra isə cinayətkarlar  onları döyərək futbolçunun “Mercedes-Benz” markalı avtomobilini qaçırıblar.

Maşın tərk edilmiş halda tapılıb. Futbolçu və atası xəstəxanaya aparılıb, onlara tibbi yardım göstərilib.