Las-Veqas qran-prisinin qalibi müəyyənləşdi
- 12:00
- 30
ABŞ-də keçirilən Formula 1 üzrə Las-Veqas qran-prisinin qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen bütün rəqiblərini geridə qoyaraq qalib adını qazanıb.
"Maklaren"dən Lando Norris ikinci, "Mersedes"dən isə Corc Rassel üçüncü olub.