"Barselona"nın prezidenti Joan Laporta "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeşlə mümkün transferlə bağlı danışıq apardıqları iddialarına münasibət bildirib.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib:

“Ronaldonun bizə təklif edildiyi doğrudurmu? Bu cür hekayələr yay mövsümündə qeyri-adi deyil. Amma həqiqət budur ki, biz Levandovskini istəyirdik. Xorxe Mendeşlə çox yaxşı münasibətimiz var. Mən onu çoxdan tanıyıram, o, futbolun ən yaxşı agentlərindən biridir və işini necə görəcəyini bilir. Bu işdə uğurumuz üçün onun həlledici olduğunu anlayaraq diqqətimizi Levandovski üzərində cəmlədik. “Bavariya” ilə danışıqlarımız real idi. Haqqında soruşduğunuz digər mövzu isə futbolun kiçik bir hissəsidir. Gözəl hekayədir, lakin bu cür hekayələr haqqında həmişə bir çox ziddiyyətli xəbərlər var.

Heç Ronaldo haqqında düşünmüşükmü? Bizdə Levandovski var. O, bizim əsas hədəfimiz idi və mən əlavə şərh verməməyi üstün tuturdum. Ronaldo əla peşəkardır və o, hələ də yaxşı formadadır. Əminəm ki, onun çoxlu var, amma o, hələ də “Mançester Yunayted”in oyunçusudur. "Mançester Yunayted" çox hörmət etdiyim klubdur. Ronaldonun gələcəyi məni maraqlandırmır. Bu, "Mançester Yunayted" və Kriştianonun işidir".