La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
- 19:01
- 28
"Real"ın hücumçusu Kilian Mbappe və "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal İspaniya La Liqasının ən bahalı futbolçuları olublar.
Rekord.az "Transfermarkt" onlayn portalına istinadən xəbər verir ki, fransalı və ispaniyalı oyunçunun bazar dəyəri 200 milyon avroya bərabərdir.
Onları 160 milyon avro dəyəri olan Madrid klubunun və İngiltərə millisinin futbolçusu Cud Bellingem izləyir.
Hazırda La Liqanın turnir cədvəlinə 16 oyundan 40 xalla "Barselona" başçılıq edir. "Real" 36 xalla ikincidir.