İspaniya La Liqasında növbəti -  27-ci turun matçlarından öncə "Müharibəyə yox" mesajı nümayiş etdiriləcək. 

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Belə bir addımla turnirin iştirakçıları insanları sülhə səsləyəcək. 

Yazı yayımlar zamanı stadion ekranlarında və reklam lövhələrində nümayiş etdiriləcək. Bu mesaj La Liqanın sosial şəbəkə hesablarında da paylaşılacaq.