İspaniya La Liqasında 2023/24 mövsümünün püşkü atılıb.

Rekord.az xəbər verir ki, son çempion “Barselona” yeni mövsümə səfərdə “Xetafe”yə qarşı keçirəcəyi oyunla start verəcək.

Madrid “Real”ı isə ilk turda “Atletik”in qonağı olacaq.

Mövsümə avqustun 13-də start veriləcək. Son turun qarşılaşmaları isə 2024-cü ilin mayın 26-na təsadüf edəcək.

“El klasiko”ların da tarixləri müəyyənləşib. “Real”la “Barselona” arasındakı ilk matç 11-ci tura təsadüf edəcək və oktyabrın 29-da Kataloniyada keçiriləcək. Madriddəki görüş isə 32-ci turda, 2024-cü ilin 21 aprelində baş tutacaq.

İspaniya La Liqası
1-ci tur
13 avqust

Almeriya - Rayo Valyekano
Atletik - Real
Atletiko - Qranada
Selta - Osasuna
Sevilya - Valensiya
Las Palmas - Malyorka
Xetafe - Barselona
Vilyarreal - Betis
Real Sosyedad - Jirona
Kadis - Alaves