
La Liqa klubundan futbolçusuna 10 günlük cəza
- 03 Sen 2025 19:20
- 38
İspaniyanın "Malyorka" klubu futbolçusu Daniel Rodrigesi 10 gün məşqdən və matçlardan kənarlaşdırıb.
Rekord.az AS nəşrinə istinadən xəbər verir ki, bu, 37 yaşlı yarımmüdafiəçinin sosial şəbəkələrdəki paylaşımından sonra baş verib.
İspaniyalı oyunçu "Real"a səfərdə uduzduqları (1:2) La Liqa matçından sonra meydanda olmadığı üçün narazılığını bildirib.
O, daha sonra baş məşqçini və klubun yeni futbolçularından birini hədəf alan başqa bir yazı dərc edib. "Malyorka" rəsmiləri isə məşqçini müdafiə edib və Rodrigesə intizam cəzası verilib.