
La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
- 15 İyn 2023 18:00
- 293
İspaniyanın "Valensiya" klubu baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.
Rekord.az "yarasalar"ın rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Baraxa fevralda baş məşqçi təyin olunmuşdu. Onun sözləşməsi ötən mövsümün sonuna kimi idi.
"Valensiya" La Liqada geridə qalan mövsümü 42 xalla 16-cı pillədə başa vurub.