La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
- 15:40
- 28
"Xetafe" baş məşqçisi Xose Bordalasla müqaviləni uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
62 yaşlı məşqçi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, "Xetafe" La Liqada 2025/2026 mövsümünü 51 xalla 7-ci pillədə başa vurub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Bordalas 2023-cü ilin aprel ayından Xetafe"ni çalışdırır.