
La Liqa klubunda yeni müqavilə
- 27 İyn 2023 10:30
- 305
“Sevilya” yarımmüdafiəçisi Nemanya Qudelin müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Serbiya yığmasının üzvü ilə bu ay bitən sözləşmə 3 il müddətinə artırılıb.
31 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi “Sevilya”da 163 oyuna 4 qol vurub.