
La Liqa klubunda yeni müqavilə
- 05 Yan 2023 10:00
- 397
İspaniyanın “Betis” klubu hücumçusu Xuanmi ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
Xuanmi 2019-cu ildən “Betis”in uğurları üçün çalışır. O, bu komandada 79 oyuna çıxıb, 27 qol vurub.