İspaniyanın “Ovyedo” klubunun yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az xəbər verir ki, La Liqa təmsilçisini Luis Karrion çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


46 yaşlı ispaniyalı mütəxəssislə imzalanan müqavilənin detalları və müddəti açıqlanmayıb.


Karrionun son iş yeri “Las Palmas” olub.


“Ovyedo” ötən gün Velko Paunoviçlə yollarını ayırıb.