
La Liqa klubunda yeni baş məşqçi
- 06 Apr 2023 15:30
- 376
İspaniyanın “Espanyol” komandasının yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Luis Qarsiya çalışdıracaq.
Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 42 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Dieqo Martinesi əvəz edib.
Luis Qarsiya buna qədər İspaniyanın “İnternasional” (Madrid) komandasına rəhbərlik edib. O, 2022-ci ilin yayından çalışdırdığı bu komandadan məhz “Espanyol”dan aldığı təklifə görə ayrılıb.
“Espanyol” hazırda 27 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.