
La Liqa klubunda yeni baş məşqçi
- 18 Noy 2022 00:14
- 347
İspaniyanın "Elçe" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Pablo Maçinlə anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. İspaniyalı məşqçi ölkəsində "Jirona", "Espanyol" "Sevilya"nın da baş məşqçisi olub. O, son olaraq Səudiyyə Ərəbistanın "Əl-Raed" komandasına rəhbərlik edib.
"Elçe" hazırda La Liqada sonuncu pillədə qərarlaşıb.