“Betis” qapıçısı Klaudio Bravo və yarımmüdafiəçisi Andres Quardado ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, əvvəlki sözləşməsinin müddəti bu ayın sonunda bitməli olan hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Bravo 2020-ci ildən “Betis”də çıxış edir. 40 yaşlı qolkiper La Liqa təmsilçisində indiyə qədər 65 oyuna çıxıb.

Andres Quardado isə 2017-ci ildən “Betis”in uğurları üçün çalışır. 36 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi 199 oyunda 5 qol vurub.

“Betis” mərkəz müdafiəçisi Vitkro Ruislə də yollarını ayırdığını açıqlayıb. Müqaviləsinin müddəti bu ay bitən 34 yaşlı ispana yeni sözləşmə təklif olunmayıb. O, 2020-ci ildən oynadığı “Betis”də 68 oyuna 2 qol vurub.