“Vilyarreal” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi sabiq yarımmüdafiəçisi Denis Suaresi transfer edib.

Yeddi mövsüm sonra yenidən bu kluba qayıdan Suareslə 3 illik müqavilə imzalanıb.

“Selta”dan transfer olunmuş 29 yaşlı futbolçu üçün nə qədər təzminat ödənildiyi açıqlanmır.

Suares 2015/2016 mövsümündə “Vilyarreal”da çıxış edib. O, həmin vaxt bu komandada 48 oyuna 5 qol və 12 məhsuldar ötürmə müəllifi olub.