"Real"ın qapıçısı Tibo Kurtua çempionluq şanslarının itdiyini etiraf edib.

Rekord.az xəbər verir ki, "AS" nəşrinı açıqlamasında o, bunları deyib: "Çempionluğu unutmaq? Realist olmaq lazımdır, məncə, çempionluğu unutmalıyıq. İndi bütün hədəfimizi İspaniya kubokuna yönəltməli və onu qazanmalıyıq. Qarşıda bunun üçün iki ayımız var. Ümid edirəm ki.x arakter göstərib İspaniya kubokunu qazana biləcəyik".