Millimizin qrupunda yer alan Belçika millisi bu gün Avro-2024-ə ev sahibliyi edəcəyi üçün seçmə mərhələ oyunlarından azad olan Almaniya millisi ilə yoldaşlıq görüşü keçirəcək.

Rekord.az xəbər verir ki, belçikalıların əsas qapıçısı Timo Kurtua bu oyunda meydançaya çıxmayacaq.

Belçika Futbol Federasiyasnın rəsmi saytının yaydığı məlumata görə, millinin məşqçilər korpusu qapıçıya istirahət şansı verib.