Həndbol üzrə Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, kişilərin yarışında “İdman Akademiyası” - “Azəryol” görüşü ikincilərin 45:36 hesablı qələbəsi ilə yekunlaşıb.

“Bakı” autsayder “Dinamo” önündə büdrəməyib - 46:21.

Şərikli iderlər “Kür” və “Qarabağ” komandaları bu turda üz-üzə gəliblər. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mərkəzi matçda 27:20 hesabı ilə qələbə qazanan “Kür” vahid liderliyə yüksəlib.

Qadınların mübarizəsində də “Kür” turu qalibiyyətlə başa vurub. Mingəçevirdə “Bakı”nı qəbul edən komanda rəqibə heç bir şans verməyib - 48:8. Digər qarşılaşmada isə “Azəryol” “İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlubiyyətə uğradıb.