Yeni sponsorun gəlişindən sonra iddialı olacağı gözlənilən "İmişli" ötən mövsümkü heyətin bir çox üzvü ilə vidalaşacaq.

Rekord.az-a daxil olan məlumata görə, həmin futbolçuların İmişlinin digər təmsilçisi "Kür-Araz"a keçəcəyi gözlənilir.

Məlum olduğu kimi, I Divizionda debüt edəcək "Kür-Araz"ın heyət formalaşdırılması baxımından ciddi sıxıntılar var və bu mənada "İmişli"dən ayrılan futbolçularla bu sıxıntını aradan qaldırmaq istəyirlər.