Azərbaycan Kubokunda 2025/2026 mövsümünün final oyununun keçiriləcəyi tarix müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı geniş təqvimdə öz əksini tapıb.


Həlledici qarşılaşma mayın 13-də baş tutacaq.


Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunun sahibi "Sabah" klubu olub.