
Kross UEFA-nı sərt tənqid etdi: "Lazımsız Millətlər Liqası yaradanda heç kim onlara sual vermədi"
- 17 Fev 2023 13:15
- 379
Almaniya millisinin və "Real"ın yarımmüdafiəçisi Toni Kross yeni yaradılan Superliqa haqqaında danışarkən UEFA-nı sərt tənqid edib.
Rekord.az xəbər verir ki, alman futbolçu sözügedən qurumu lazımsız liqa yaratmaqda ittiham edib.
"Einfach mal Luppen"ə danışan futbolçu bunları deyib: "Biz ancaq UEFA-nın nöqteyi-nəzərini eşidirik, özü də tez-tez. Niyə onların yaratdığı və heç kimə lazım olmayan Millətlər Liqası normal qəbul olunur? Niyə bununla bağlı heç kim sual vermir? Məhz buna görə, mən də düşünürəm ki, Superliqa ilə bağlı təkliflər dinlənilməlidir".