Şabran şəhər Mərkəzi stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 2008, 2009 və 2010-cu il təvəllüdlü yeniyetmələr arasında kross qaçışı üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri Vüsal Alışov və Elmir Şəfiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 32 nəfər idmançı iştirak etmişdir.

Yenyetmələrin idmana marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi, sağlam həyat tərzinin təbliğ olunması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə keçirilmiş kross qaçışı üzrə Şabran rayon birinciliyində I, II, III yeri tutan və fərqlənən idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.