Ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 3000 metr məsafəyə kros qaçışı üzrə Şərur rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 23 məktəbdən ümumilikdə 92 idmançı iştirak edib.

Fərqlənən iştirakçılar diplom, fəxri fərman və medallarla mükafatlandırılıblar.

Nəticələr:

1-ci yer: Səid Qasımov

2-ci yer: Kənan Zaxarov

3-cü yer: Talıb Qurbanov