
Krivotsyukun komandasından səfərdə 1 qol və 1 xal
- 25 İyn 2023 00:33
- 319
Futbol üzrə Cənubi Koreya çempionatında 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jeju Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Daejeon” hazırda 27 xalla 6-cı pillədə qərarlaşıb.