Futbol üzrə Polşa çempionatında 18-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv 2023-cü ildəki ilk matçında “Lexiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Visla” 18 turdan sonra 28 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.