Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Anyanq”la qarşılaşıb və 2:3 hesablı məğlubiyyətə üzülüb.


Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub. 


27 turdan sonra aktivində 42 xal olan “Daejeon” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.