
Krivotsyukdan Cənubi Koreyada ilk qırmızı vərəqə
- 09 Apr 2023 16:30
- 382
Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Suvon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb - 3:5.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Milli üzvü 76-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
“Daejeon” hazırda 11 xalla 4-cü pillədə qərarlaşıb.