Kristof Qaltye: "Messinin gələcəyi haqda danışmaq tezdir"
- 19 Mar 2023 23:33
- 963
PSJ-nin baş məşqçisi Kristof Qaltye komandanın argentinalı hücumçusu Lionel Messi ilə bağlı sualı cavablandırıb.
Rekord.az xəbər verir ki, o, Leonellə yeni müqavilə ilə bağlı məsələ haqda geniş danışmaqdan imtina edib.
Daha doğrusu, bu haqda danışmağın tez olduğunu bildirib: "Messinin PSJ-dəki gələcəyi haqda danışmaq tezdir. Özü ilə rəhbərlik səviyyəsində danışırıq. Ümid edirəm ki, uzanan danışıqlar hamı üçün yaxşı olacaq. Bilirəm ki, "Bavariya" ilə oyundan sonra ona qarşı çoxlu tənqidlər oldu. Amma istənilən halda, Messi komandada həlledici rola məxsusdur".