
Krım klubları Rusiya çempionatında oynamağa hazırlaşır
- 11 Mar 2023 11:00
- 1570
Qondarma Krım Futbol Liqasında oynayan futbol klubları növbəti mövsümdən Rusiya çempionatının II dəstəsində çıxış etmək istəyir.
Rekord.az xəbər verir ki, bu haqda məlumatı qondarma Krım Futbol İttifaqının rəhbəri Sergey Borodkin deyib.
O, bildirib ki, bütün klubların sənədləri qaydasındadır, hamısı hazır vəziyyətdədir və onlar Rusiya Futbol İttifaqının bölgəyə səfərini gözləyirlər. Borodkin hətta iddia edib ki, Krım klubarı nəinki Rusiyanı II, hətta I dəstəsində də oynayacaq səviyyədədir.