
“Konyaspor” Emrelinin keçidini rəsmən açıqladı
- 14 Fev 2023 14:00
- 513
Zaqreb “Dinamo”sunun və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Konyaspor”a transferi rəsmiləşib.
Rekord.az xəbər verir ki, Türkiyə klubu 26 yaşlı futbolçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.
Bildirilib ki, Emreli mövsümün sonuna qədər Zaqreb “Dinamo”sundan icarəyə götürülüb. Super Liqa təmsilçisi Mahirlə yanaşı, İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Marlos Morenonu da icarəyə götürüb. Həm Emrelinin, həm də digər yeni transferlərin təqdimat mərasimi yaxın günlərdə klubun stadionunda təşkil olunacaq.
Xatırladaq ki, Emrelinin Xorvatiya klubu ilə sözləşməsi 2026-cı ilə qədərdir. “Konyaspor” onu yayda birdəfəlik transfer etmək hüququna malik olacaq.