UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Polşada baş tutacaq.


"Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandası ilə üz-üzə gələcək.


Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivinin müqavimətini qırmağa çalışacaq.


Xatırladaq ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.