Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova zədələnib. "Rekord.az" xəbər verir ki, blokçumuz olimpiya təsnifat turniri çərçivəsində baş tutan Bolqarıstanla oyunda sol ayağından zədələnib.

Voleybolçumuz "Rekord.az"a açıqlamasında bildirib ki, zədəsi ciddi deyil: "Zədəm çox ciddi deyil. Səhər məşqinə qatılmayacam. Bu gün meydana çıxıb-çıxmayacağım hələ bilinmir. Amma son oyunda komandamıza kömək etməyi çox istəyirəm".

Blokçumuz yığmanın uğursuz çıxışı haqqında da danışıb: "İlk iki oyunu uduzduğumuz üçün çox təəssüflənirəm. Hər iki oyunda qalib gələ bilərdik, lakin olmadı. Bununla belə komandamız bu gün də qələbə üçün əlindən gələni edəcək".