Komandamız Çempionlar Liqasına məğlubiyyətlə başladı
- 23 Okt 2025 23:30
- 36
“AZERRAIL” avrokubokda mübarizəyə başladı. "Rekord.az" xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu bu gün turnirdə ilk oyununa çıxıb. İlkin mərhələdə komandamızın rəqibi Serbiyanın “Radniçki” klubu olub.
FHN-nin idman zalında baş tutan qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun MVP-si “Radniçki” klubunun 13 nömrəli oyunçusu Qayoviç Vladimir seçilib.
Cütün cavab görüşü oktyabrın 29-da Serbiyada keçiriləcək.
Çempionlar Liqası
İlkin mərhələ (I oyun)
23 oktyabr
“AZERRAIL” – “Radniçki” 0:3 (21:25, 18:25, 22:25)