
Komandamız Belçikaya quru hesabla uduzdu
- 11:35
- 34
Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız səfərdə Belçika ilə üz-üzə gəlib.
Görüş rəqibin üstünlüyü ilə keçib. Voleyolçularımız bu qarşılaşmada quru hesabla məğlub olublar.
Qeyd edək ki, millimiz növbəti oyununu avqustun 16-da Bakıda keçiriəcək. Rəqibimiz isə Avstriya kollektivi olacaq.
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
Belçika - Azərbaycan (25:13, 25:9, 25:13)