Komandamız avrokubokda məğlub oldu
- 19:51
- 36
Kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu avrokuboklarda mübarizəsini davam etdirir. "Rekord.az" xəbər verir ki, təmsilçimiz bu gün turnirin 1/32 final mərhələsində Niderlandın “Orion Stars” klubu ilə qarşılaşıb.
Bakıda yerləşən FHN-in idman zalında keçirilən görüş “AZERRAIL”in üstünlüyü ilə başlayıb. İlk setdə komandamız 25:23 hesabı ilə qalib gəlib. Lakin növbəti hissələrdə üstünlüyü rəqib ələ keçirərək matçı 3:1 hesabı ilə qazanıb.
Qeyd edək ki, “AZERRAIL” cavab matçını bir həftə sonra Niderlandda keçirəcək.
CEV VOLLEYBALL CUP - 1/32 final
Birinci oyun
13.11.2025
“AZERRAIL” vs “Orion Stars” 1:3 (25:23, 18:25, 24:26, 26:28)