“Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov Misli Premyer Liqasının XXVI turu çərçivəsində "Şamaxı"ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, milli üzvü bu gün baş tutan açıq məşq zamanı bunları söyləyib:

“Hazırlıq yaxşı gedir, hər şey öz qaydasındadı. Yüz faizlik formamı bərpa etmək üçün daha çox oynamalı, məşqlərdə iştirak etməli və artırmalıyam. Yavaş-yavaş formamı bərpa etdiyimi hiss edirəm. Ümumiyyətlə, komanda bir oyunçudan asılı olmalı deyil. Kollektiv mübarizə sayəsində növbəti görüşlərdə də uğurlu nəticələr qazanmaq istəyirik”.

Martın 12-də baş tutacaq "Şamaxı" - "Neftçi" matçına saat 15:00-da start veriləcək.