Qadın voleybolçuların klublararası dünya çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, mundialın qalibi yenə İtaliya klubu olub. 

Braziliyada təşkil olunan bu ilki yarışın finalında İtaliyanın iki təmsilçisi - "Savino Del Bene Scandicci" və ötən ilki çempion "Imoco Conegliano" üz-üzə gəliblər. Gərgin keçən görüşdə "Savino Del Bene Scandicci" 3:1 hesabı ilə qalib gələrək yeni dünya çempionu olub. 

Üçüncü yer uğrunda isə Braziliyanın iki komandası qarşılaşıb. "Osasco" klubu "Dentil Praia Clube"ni 3:0 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.