"Kəpəz" Tərlan Əhmədovun əsas heyətdən uzaqlaşdırdığı bütün təcrübəli futbolçularla dil tapıb yolları ayırsa da, yalnız Elvin Yunuszadə ilə problem həll olunmamış qalıb.

Rekord.az xəbər verir ki, klub tapa bilməyən Elvin klubla təzminat məsələsində də ortaq məxrəcə gələ bilməyib.

Buna görə də klubda qalıb müqaviləsinin sonuna kimi əvəzedici komandada çıxışlarına davam edəcək.