“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 19-cu turu çərçivəsində “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, alman mütəxəssis, 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İlk hissədə çox yaxşı oynadıq. Xüsusilə, ilk 30 dəqiqədə topa nəzarət bizdə idi, bəlkə də, onda qol vurmalı idik.

İkinci hissədə qol vurmağa çalışsaq da, alınmadı. “Mançester Yunayted”in də yaxşı iki qol imkanı oldu. Rəqibin əməyini yerə vurmaq olmaz.

Ardıcıl üçüncü oyunda qol vura bilməməyimizin səbəbini bilmirəm. Güclü futbolçuları olan və bütün heyəti ilə müdafiə olunan komandalara qarşı oynamaq çətindir.

Daha da inkişaf etməliyik. Problemlərimizin üzərində çalışmağa davam edəcəyik”.