Son zamanlar "Liverpul"un zəif oyunu fonunda tənqidlər artmaqdadır.

Rekord.az xəbər verir ki, tənqidlərin hədəfində baş məşqçi Yurgen Klopp da var.

Bu isə onun komandadan ayrılacağına dair də söhbətlərin yayılması ilə nəticələnir. Lakin baş məşqçi özü Britaniya mətbuatına son açıqlamasında bütün məsuliyyəti öz üzərinə götürüb və eyni zamanda bildirib ki, klubdan ayrılmaq haqda düşünmür.