"Milan"ın sabiq futbolçusu Klarens Zeedorf qaradərili məşqçilərin Avropada ayrıseçkiliyə məruz qalmalarından şikayətlənib.

Rekord.az xəbər verir ki, niderlandlı mütəxəssis "La Gazzetta dello Sport"a açıqlamasında qaradərlli məşqçilərin istədikləri klubda çalışmaq məhdudiyyətinin olduğunu bildirib::

"İtaliyanı rasist ölkə saymıram. Məncə, 20 il ərzində İtaliyanın nə demək olduğunu yaxşı anlamışam. Rasistlər hər yerdə var. Burada isə irqi ayrıseçkiliklə sistematik şəkildə qarşılaşırsan. "Milan"a məndən sonra gələn məşqçilər özlərinə İtaliyada komanda tapsalar da, mənə hələ bir təklif də olmayıb.

Avropada qaradərili mütəxəssislərin imkanları məhduddur. "Milan"da topladığım təcrübəyə rəğmən, Avropada mənimlə əməkdaşlıq etmək istəyən ciddi klub yoxdur. Hə, ciddi təklifim olub. Amma Avropadan yox, Çindən".

Qeyd edək ki, məşqçilik karyerasına 2014-cü ildə "Milan"da başlayan Zeedorf son olaraq Kamerun millisini çalışdırıb. O, 2019-cu ildən işsizdir.