
"Kimsə birləşmək istəmirsə, komandanın daxilində, ətraflnda olmasa daha məsləhətdir" MÜSAHİBƏ
- 18 Fev 2023 09:30
- 912
"Kəpəz"in idarə heyətinin sədri İlqar Nadiri Gəncəyə ezam olunmuş Rekord.az əməkdaşına müsahibə verib:
- Komandadakı ümumi son durum necədi?
- Son oyunumuzda qələbə qazandıq. Hansı ki, çox vacib qələbə idi, çox vacib 3 xal idi. Evdə oynayırdıq və uğursuz nəticə ikinçi “beşlik”də olan rəqiblərimizlə xal fərqində qırılma nöqtəsi ola bilərdi. Bu gün qələbə qazandıq və növbəti oyuna hazırlaşırıq. Hər oyun bir-birindən daha çətindi. Amma riskli bölgədən çıxmaq vaxtı da gəlib çatıb. Ona görə aşağıdakı komandalarla oyunlardan xallar götürməliyik.
- Bütün bunlar futbolla bağlı söhbətlərdi. Amma bu gün “Kəpəz”ə daha çox mane olan futbol ətrafı, klub ətrafı söhbətlərdi. Bu gün komanda qələbə qazanır, amma “istefa” sədaları eşidilir. Bundan başqa bir qrup insan sanki komandanın qələbəsinə sevinmir, stadionu məyus tərk edir. Bunlar sizə mane olmayacaq ki?
- Gəncənin özünə məxsus azarkeşləri var. Komandamızı dəstəkləyən, stadiona gələn hər azarkeşə öz təşəkkürümü bildirirəm. Komandadan tez küsən, inciyən azarkeşlərimiz də var. Hansı ki, tez bir zamanda komandanln yaxşı nəticələr göstərməsini, “Kəpəz”in əvvəlki nüfuzunu qaytarmasını istəyirlər. Bunlar isə istənilən halda, hardasa komandaya təzyiq yaradır.
- Mən bəzi qüvvələri nəzərdə tuturam, azarkeşləri yox...
- Biz “bəzi qüvvələr” deməyək. Çünki bizdə bu gün komandanın adından söhbət gedir, başqa şəxslərdən, qüvvələrdən söhbət gedə bilməz. Bu gün komanda Premyer Liqada mübarizə aparırsa, hər bir “Kəpəz”sevər, azarkeş, klubun əməkdaşı “Kəpəz”in ətrafında birləşməlidir.
- Əgər bu birləşmə yoxdursa, çıxış yolu nə olmalıdır?
- Biz hər kəsi birliyə dəvət edirik. Kimsə komandanı ürəkdən sevrsə, dəstəkləyirsə, onun ətrafında yumruq kimi birləşməlidir. Kimsə birləşmək istəmirsə, komandanın daxilində, ətraflnda olmasa daha məsləhətdir.
- Birləşməkdən danışdınızsa, bir sual verəcək. Yayılan məlumatlara görə, son klubdaxili toplantıda əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov Tərlan Əhmədova qarşı fikirlər səsləndirib və toplantını yarımçıq tərk edib. Hansı ki, əsas komandaya futbolçu yetişdirməyə məsul bir şəxsdir. Bu gün də Tərlan Əhmədovun ətrafında birləşməli birinci şəxs olmalıdır. Xaliq Mərdanov niyə belə hərəkət edir?
- Yayılan məlumatlar əsassızdır. Mən həmin iclasda iştirak etmişəm, açıqlama gətirim. Hər bir klubda müzakirəsi vacib məsələlər olanda bu tip iclaslar təşkil olunur. İstər klubun aşağı yaş qruplarında çalışanlar olsun, istər rəhbər şəxslər. Məqsəd də odur ki, komandanın nəticəcləri komandanın inkişafına xidmət etməlidir. Burada heç bir şəxsi maraqlardan söhbət gedə bilməz. Qaldı ki, Xaliq müəllimə, o da həmin iclasda iştirak edib, bəzi məsələlər müzakirə olunub. Xaliq müəllimin rəhbərlik etdiyi komanda varsa da o komandanın da məqsədi əsas komandaya kömək etməkdir. Xaliq müəllimin iclası erkən tərk etməsi kimi bir şey olmayıb. Sadəcə, iclas müddətdın uzun çəkib və Xaliq müəllim də məşqə tələdiyi üçün iclasın sonlarında iclası bir qədər erkən tərk edib. Burda xüsusi qabardılacaq bir məsələ də yoxdur.
Anar XANLAROV