“Keşlə”də vəziyyət gərgindi. 3 aydı maaş verilməyən klubda daxili ab-hava dözülməz həddə çatıb.

Rekord.az xəbər verir ki, futbolçular artıq oyunları boykot etmək niyyətinə düşüb.

“Keşlə”də maliyyə problemləri hələ ötən mövsümün sonlarından başlayıb. Cari çempionatda isə vəziyyət daha da kritikləşib. Yaydan bu yana maaşlar dəfələrlə gecikdirilib. Və bu yubanmalar hamını bezdirib. Məvacibini ala bilməyəcəyindən ehtiyatlanan futbolçular rəhbərliklə şərt ilə danışmağa başlayıb. Problemlər həllini tapmasa, aparıcı oyunçular növbəti turun “Zirə”yə qarşı matçını boykot edəcəklərini deyiblər. (futbolinfo.az)