
"Keşlə" Natanla niyə 4 aylıq müqavilə bağlayıb?
- 04 Fev 2022 13:00
- 665
Xəbər verdiyimiz kimi, "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, klub ingiltərəli Natan Oduva ilə müqavilə imzalayıb.
26 yaşlı hücumameylli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub. Müqavilənin detallarına gəlincə, əgər futbolçu bu 4 ayda özünü doğurulda bilsə, onunla müqavilənin müddəti 1 illik uzadılacaq, maaşı isə artırılacaq.