“Keşlə” böyük dəyişiklik astanasındadır.

Rekord.az-a daxil olan məlumata görə, klubun müşahidə şurasının sədri Zaur Axundov artıq bununla bağlı ilkin plan hazırlayıb.

Sadəcə, ölkə kubokunun “Zirə” ilə yarımfinalın cavab matçını gözləyir. Əgər “Keşlə” mübarizəni dayandırsa, həmin plan işə düşəcək. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Sənan Qurbanov və eləcə də hazırkı heyətin yarısı ilə yollar ayırılacaq, növbəti mövsüm üçün yeni komanda qurulacaq.