AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının XXII turunun “Turan Tovuz”  – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

“Kəpəz” klubunun futbolçusu Orxan Sadıxlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib.